hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Britaniyada qaydalar yenidən sərtləşdirildi

Britaniyada qaydalar yenidən sərtləşdirildi

Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım baş verdiyi üçün qaydalar yenidən sərtləşdirilib.

Unikal.org "BBC"yə istinadla xəbər verir ki, ölkədə xəstəliyə yoluxanların ümumi sayı 660 minə yaxınlaşır, ölənlərin sayı isə 43 min 245-ə çatıb. London, Liverpul və Mançesterdə yoluxma pik həddədir.

Hökumət tərəfindən virusun yayılma sürətinə və epidemiyanın yaratdığı təhlükənin ölçüsünə görə ölkə orta, yüksək və çox yüksək həyəcan zonalarına bölünüb və hər biri üçün ayrı sosial məsafə tədbirləri nəzərdə tutulub.

Yüksək təhlükənin qiymətləndirildiyi bölgələrdə, bütün qapalı yerlərdə keçirilən yığıncaq və görüşlər, eləcə də çöldə 6 nəfərdən artıq insanın toplanması qadağan edilib.

Cebhe.info


Oxunma sayı: 1255

Bizim Telegram səhifəmizi izləyin