hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

BŞİH-də "çimərlik əməliyyatı": "Hasarlar, şlaqbaumlar, zəncirlər sökülür ki..."- Reydə gedən departament rəisi - ÖZƏL

BŞİH-də "çimərlik əməliyyatı": "Hasarlar, şlaqbaumlar, zəncirlər sökülür ki..."- Reydə gedən departament rəisi - ÖZƏL

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və Xidmət Departamenti paytaxtdakı çimərliklərə baxış keçirməyə başlayıb. Departamentin əməkdaşları əvvəlcə Şıx çimərliyində olub. Həmin çimərlikdə 9 müxtəlif məkana baş çəkilib, orada olan qapılar və şlaqbaumlar, habelə qiymət yazılan lövhələr götürülüb.

Eyni zamanda sahibkarlara xəbərdarlıq edilib ki, çimərlik ərazilərinə giriş pulsuzdur, əhalidən yalnız xidmətə görə pul almaq olar. Bu barədə Cebhe.info-ya özəl açıqlamasında BŞİH-nin Ticarət və Xidmət Departamentinin rəisi İntiqam Məmmədov deyib.

O bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi tapşırığına əsasən, dövlət və özəl çimərliklərdən istifadə birmənalı şəkildə pulsuzdur: "Yalnız çimərlikdə verilən müxtəlif məhsullardan istifadəyə görə pul ödənilməlidir. Kölgəliklərdən, dənizdən istifadə tam pulsuzdur. Hal-hazırda qanunsuz qoyulan şlaqbaumlar, zəncirlər və başqa hasarlayıcı vasitələr sökülür ki, vətəndaşlar çimərliklərdən sərbəst istifadə edə bilsinlər".

Əli Bədirli

Cebhe.info


Oxunma sayı: 19053