hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

BŞİH-in sabiq Aparat rəhbərinə YAP-da vəzifə verildi – "Əli Əhmədova minnətdarlığımı bildirirəm"

BŞİH-in sabiq Aparat rəhbərinə YAP-da vəzifə verildi – "Əli Əhmədova minnətdarlığımı bildirirəm"

Bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmri ilə vəzifəsindən azad olunan İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevə yeni vəzifə verilib.

Qaynarinfo xəbər verir ki, bu haqda onun qardaşı, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev məlumat yayıb. O, bildirib ki, qardaşı YAP Mərkəzi Aparatında işə təyin olunub: “Yeni Azərbaycan Partiyasının rəhbərliyinə, xüsusilə də YAP-ın Sədr müavini-İcra katibi Əli Əhmədova qardaşım Rasim Quliyevi yenidən katiblikdə işə dəvət etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Qardaşım 3 aylıq işsizlikdən sonra yenidən YAP-ın Mərkəzi Aparatında fəaliyyətə başladı”.

Cebhe.info


Oxunma sayı: 5617