t BTC kəməri ilə 233 milyon tondan çox neft nəql olunub
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

BTC kəməri ilə 233 milyon tondan çox neft nəql olunub

BTC kəməri ilə 233 milyon tondan çox neft nəql olunub

Azərbaycanın xam neftini Türkiyə üzərindən dünya bazarına çatdıran Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 2019-cu ildə 233 milyon 175 min barel neft nəql edilib.

Cebhe.info "Botaş" şirkətinin hesabatına istinadən xəbər verir ki, indiyədək Ceyhandakı dəniz terminalından 3 milyard 300 milyon bareldən çox neft tankerlərlə dünya bazarına göndərilib. Keçən il aylıq müqayisədə ən çox neft mayda (22 milyon 149 min barel) nəql olunub.

Qeyd edək ki, BTC boru kəməri 2006-cı ilin iyulunda istifadəyə verilib və uzunluğu 1.776 kilometrdir. Bu vaxtadək boru kəməri ilə ən çox neft 286 milyon 214 min barel olmaqla 2010-cu ildə, ən az isə kəmər istifadəyə verilən il olub (57 milyon 78 min barel).

Yeganə
Cebhe.info


Oxunma sayı: 1277