t BTQ ilə yükdaşımalar ötən il 42% artıb
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

BTQ ilə yükdaşımalar ötən il 42% artıb

BTQ ilə yükdaşımalar ötən il 42% artıb

Ötən il yükdaşıma sahəsində 2018-ci il ilə müqayisədə 9,1% artım qeydə alınıb, bu da məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub.

Cebhe.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində keçirilən kollegiya iclasında QSC-nin sədri Cavid Qurbanov məlumat verib.

O bildirib ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında ötən il ilə müqayisədə 39,2 % artım müşahidə olunub. 

Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olub. Ölkəmizin beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan Cavid Qurbanov Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xəttinin əhəmiyyətinə diqqət çəkib.

Sədr qeyd edib ki, bu istiqamətdə yük daşımalarında artım 42%-ə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38% artıb.

Xatirə
Cebhe.info


Oxunma sayı: 705