hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8907
  • NEFT - 59.56
  • clouds-weather

"Bu cinayəti törədən ədalət mühakiməsi qarşısında əməlinə görə cavab verməlidir" - NAZİR

"Bu cinayəti törədən ədalət mühakiməsi qarşısında əməlinə görə cavab verməlidir" - NAZİR

“Camal Qaşıqçının ölüm əmrini verən şəxs ədalət mühakiməsi qarşısında əməlinə görə cavab verməlidir".

Cebhe.info xəbər verir ki, bunu İngiltərənin Xarici İşlər naziri Ceremi Hunt deyib.

Xatırladaq ki, oktyabrın 2-də "Washington Post" qəzetinin müxbiri Camal Qaşıqçı Sәudiyyә Әrәbistanının İstanbuldakı Baş Konsulluğunun binasına girdikdən sonra onunla əlaqə yaratmaq mümkün olmayıb.

O, yoxa çıxmazdan 3 gün əvvəl verdiyi müsahibədə deyib ki, Səudiyyə Ərəbistanında hakimiyyəti tənqid edən jurnalistlər həbs olunur: "Həbs olunanlar müxaliflər də deyil. Bu, insanları qorxudur. Mən sadəcə bir jurnalistəm. "Washington Post" qəzeti mənə bir yer verdi və mən də orada fikirlərimi sərbəst yazıram. Kaş, bu imkan mənə öz ölkəmdə veriləydi".

Uzun sürən araşdırmalardan sonra Səudiyyə hakimiyyəti jurnalistin Baş Konsulluqda öldürüldüyünü etiraf edib.

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 1772