hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0234
  • EURO - 1.9961
  • NEFT - 78.14
  • clouds-weather

Bu əlamətlərlə qarşılaşdıqda təcili həkimə gedin! – VİRUSOLOQ

Bu əlamətlərlə qarşılaşdıqda təcili həkimə gedin! – VİRUSOLOQ

Rusiyalı virusoloq həkim Yevgeni Timakov koronavirusdan sağalan insanları görmə qabiliyyətinə diqqətlə yanaşmağa çağırıb.

Həkim belə şəxsləri gözləri qarşısında ləkələr görünəndə təcili olaraq oftalmoloqa müraciət etmələrini tövsiyə edib.

Cebhe.info xəbər verir ki, həkim bu barədə "VestiFM" radiostansiyasının efirində danışıb.

"Koronavirus infeksiyasından sonra göz almacığının daxili təbəqəsində damar trombozları olur. Bu infeksiyadan sağalan şəxslər də anlamırlar ki, orada mikrotrombik "oturub"", - deyə Timakov bildirib.

Həkim vurğulayıb ki, bu zaman görmə qabiliyyəti aşağı düşmür, amma təcili olaraq oftalmoloqa müraciət edilməlidir.

"Bu əlamətlər erkən mərhələlərdə müalicə oluna bilər", - deyə həkim əlavə edib.

Həkimin sözlərinə görə, Rusiya dünyada koronavirusa yoluxma sayına əsasən 4-cü yerdədir.

Xatırladaq ki, ümumilikdə Rusiyada bu günə qədər 6 milyon 172 min 812 koronavirusa yoluxma faktı qeydə alınıb.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 496