hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

Bu ərazilərdə avtobuslar üçün xüsusi zolaqlar çəkildi

Bu ərazilərdə avtobuslar üçün xüsusi zolaqlar çəkildi

Əsas ictimai nəqliyyat dəhlizlərindən olan Qara Qarayev prospekti-Məhəmməd Hadi küçəsi-Gəncə prospektlərindən 43 marşrut xətti üzrə 700-dən artıq avtobus qismən və ya tam olaraq hərəkət edir. Gündəlik olaraq bu avtobuslarla 570 min nəfərdən artıq sərnişin daşınır.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Sərnişinlərin rahatlığını təmin etmək, səyahət müddətini azalatmaqla onlara əlavə vaxt qazandırmaq məqsədilə dəhliz boyunca hər iki istiqamətdə avtobuslar üçün xüsusi zolaqlar təşkil edilib.

Zolaqların təşkili sayəsində avtobusların orta hərəkət sürəti artacaq, sərnişinlərin səyahət müddəti isə azalacaq.

Qara Qarayev prospekti üzrə təşkil olunmuş avtobus zolaqlarında digər nəqliyyat vasitələrinin hərəkəti günün bütün saatları üzrə qadağan ediləcək. Məhəmməd Hadi küçəsi və Gəncə prospektində isə avtobus zolaqları yalnız pik saatlarda, yəni səhər saat 08:00-dan 10:00-a kimi, axşam saatlarında isə 17:00-dan 20:00-a kimi qüvvədə olacaq. Bu barədə yol nişanlarının altında qüvvədə olma saatlarını bildirən lövhələr də yerləşdirilməkdədir.

Avtobus zolaqları çəkilərkən mövcud “cib” tipli parklanma yerləri və taksi duracaq məntəqələri saxlanılıb, taksi minik avtomobillərinin və digər nəqliyyat vasitələrinin həmin taksi duracaq məntəqələrinə və parklanma yerlərinə daxil ola bilməsi üçün müvafiq nişanlanma xətləri vasitəsilə şərait yaradılıb. Həmçinin, həmin “cib” tipli parklanma yerləri müvafiq yol nişanları və nişanlanma xətləri ilə də təchiz edilib.

Cebhe.info


Oxunma sayı: 914

Bizim Telegram səhifəmizi izləyin