hava haqqindaBakı
Bu gün +1 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0657
  • NEFT - 67.03
  • clouds-weather

Bu ərazilərdə nəqliyyatın hərəkəti iflic olub – BNA

Bu ərazilərdə nəqliyyatın hərəkəti iflic olub – BNA

Dünən gecə saatlarından başlayan qar nəqliyyatın hərəkətinə də mənfi təsir göstərib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Cebhe.info-ya verilən məlumata görə, hazırda qeyd olunan ərazilərdə meterioloji amillər səbəbindən nəqliyyat vasitələrinin o cümlədən də sərnişin avtobuslarının hərəkətində çətinliklər var.

Bəzi istiqamətlərdə avtobuslar hərəkət sxemi üzrə tam hərəkət edə bilmir.

Yeni Yasamal (M.Xiyabani və Ə.Əhmədov küçələri) Günəşli, Hövsan, Şüvəlan, Binə, Badamdar, Xırdalan, Müşviq, Mehdiabad, Digah, Masazır dairəsi, Kürdəxanı yolu, Məmmədli və Yanardağ yolu, Biləcəri enişi, Xutor adlanan ərazidən Azadlıq prospekti istiqaməti, Baksol yolu, Zığ yolu, Salyan şossesi, Bibiheybət yolu, eləcə də Bakı dairəvi yolunda hərəkət dayanıb.

Semra Ələkbərli
Cebhe.info


Oxunma sayı: 540