hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur

Bu gün Azərbaycanda Neftçilər günü qeyd olunur

Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirilib.

Cebhe.info xəbər verir ki, qeyd edilən tarix Azərbaycanda 1999-cu və 2004-cü ildə, yəni "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci və onuncu ildönümü rəsmi səviyyədə bayram kimi qeyd edilib. "Neftçilər günü"ndə adətən sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir. Həmin gün bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.

20 sentyabr 1995-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə Bakıda, "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci ildönümü münasibəti ilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçirilib.

Neftçilər ölkə daxilində də fəal işlər görürlər. Xüsusən, neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksin yaradılması layihəsi həyata keçirilir, respublikanın kimya sektorunun modernləşdirilməsi istiqamətində aktiv addımlar atılır, respublikanın bütün rayonlarının qazlaşdırılmasının yaxşılaşdırılması üçün müxtəlif infrastruktur layihələr həyata keçirilir

Əhməd 
Cebhe.info

 


Oxunma sayı: 1189