hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Bu gün Azərbaycanda "Son zəng" qeyd olunur

Bu gün Azərbaycanda "Son zəng" qeyd olunur

Bu gün Azərbaycanda 2018-2019-cu dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng” çalınacaq.

Cebhe.info xəbər verir ki, hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil müəssisələrinin ərazilərində təşkil edilir.

Qeyd edək ki, 2018-2019-cu tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq.

Xatırladaq ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində "Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 771