t Bu gün Beynəlxalq Mülki Aviasiya günüdür
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Bu gün Beynəlxalq Mülki Aviasiya günüdür

Bu gün Beynəlxalq Mülki Aviasiya günüdür

7 dekabr dünyada Beynəlxalq Mülki Aviasiya günü kimi qeyd olunur.

Cebhe.info xəbər verir ki, 1994-cü ildə Beynəlxalq Mülki Aviasiya haqda Konvensiyanın imzalanmasının 50 illiyi ilə əlaqədar olaraq 6 dekabr 1996-cı ildə BMT Baş Assambleyası tərəfindən 7 dekabr tarixi Beynəlxalq Mülki Aviasiya Günü elan olunub.

Qurum müvafiq milli, regional, beynəlxalq, hökumətlərarası təşkilatları bayramın qeyd olunması üçün lazımi tədbirləri həyata keçirməyə çağırıb. 

Xatırladaq ki, Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı iyunun 2-də qeyd olunur . Məhz 1938-ci il iyunun 2-də Respublikada mülki aviasiyanın təməlini qoyan ilk aviasiya qrupu yaradılmışdı.

Əhmdə
Cebhe.info

 


Oxunma sayı: 1002