hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0263
  • EURO - 1.9268
  • NEFT - $ 61.98
  • clouds-weather

Bu gün Dünya Etika günüdür

Bu gün Dünya Etika günüdür

Mayın 25-i Dünya Etika günüdür.

Cebhe.info xəbər verir ki, "Etik" yunanca "ethos", yəni "adət" sözündən törəmişdir. Yunan dilində istifadəsi "etika"dır: eynilə siyasət (siyasət elmi), poetika (şeir nəzəriyyəsi) kimi. Fəlsəfənin dörd ana budağından biridir. Səhvi birbaşa ayırd edə bilmək məqsədi ilə əxlaq anlayışının təbiətini anlamağa çalışır.

Fərqli sözlərlə ifadə edilən dəyişik mədəniyyətlərdə etik anlayışı, əlbəttə, mövcuddur. Necə ki, Qədim Yunanıstanda olduğu qədər Çin sivilizasiyasından da etika müzakirə edilən bir mövzudur. Bizim mədəniyyətimizdə isə daha çox "əxlaq" anlayışı kimi başa düşülür. Ancaq yunan fəlsəfəsi etik məsələləri, ümumiyyətlə, söz və düşüncə olaraq ehtiva edən fəlsəfə olaraq bilinməkdədir. Necə ki, etik anlayışının bütün dünyada qəbul edilən ortaq bir anlayış olması da bunu göstərir.

Ancaq tarixi müddətdə tətbiq baxımından sistematik etik tətbiqlərinin Səlcuq mədəniyyətinin ünsürlərindən olan Əxilik təşkilatında rast gəlindiyini qeyd etmək lazımdır. Bilindiyi kimi, Əxilik XIII əsrdə Anadoluda yaşayan türklərin, biznesmen və sanatkârlarının birliyini, iş prinsipləri və üsullarını meydana gətirən, çox yönlü bir sosial-iqtisadi türk təşkilatıdır. Əxi təşkilatına üzv olan biznesmen və sənətkarlar üçün lazım olan bir sıra əxlaq və iş qaydaları vardı. Bunlar edilməyincə, onlar üçün ağır cəzalar da nəzərdə tutulmuşdu.

Etik sahəsi elə geniş bir mövzudur ki, nə olduğu və ya nə anlama gəlindiyini hər hansı konkret bir sahə üzrə məhdudlaşdırmaq olmaz. İndiki vaxtda fərqli etik sahələr var: abort, qanuni və əxlaqi məsələlər; heyvan hüquqları; bioetika, iş etikası, kriminal ədalət, ekoloji etika, feminizm, insan hüquqları, jurnalistika etikası, tibbi etika, texnoloji etika və s. Bunların yanında, fərqli bucaqlardan qəbul edilən etik sahələr də var: meta etika, normativ etika və tətbiqli etik (yuxarıda sayılanlar tətbiqli etikaların alt başlıqlarıdırlar.

Yaxın dövrdə elm və texnologiyanın irəliləməsi, dövlət qurumlarının həddindən artıq güc qazanması və s. səbəblər etik prinsiplərinin yaradılması və mənimsənilməsini lazımlı etmişdir. İlk tətbiqli etik dəyərlərin tibbi, genetik və s. sahələrdə təsirləri maraqlıdır. Çünki digər insanların üzərində müəyyən bir təsir gücünə sahib adam və ya peşə qruplarının nəzarət-təftiş edilməsi zəruri hala gəlmişdir. Əks təqdirdə, digər insanlara böyük zərərlər verilməsi riski müəyyən olunmuşdur.

İlk əvvəl Qərb dünyasında məlumat və gücü daxili yoxlamaya qovuşdurmaq üçün etik qaydaları yaradılmağa başlanmışdır. Bu etik qaydaları, bəzən qanun gücündə, bəzən də bir peşə qrupunun daxili nəzarət qanunları olaraq meydana çıxmışdır. Hər iki halda da, etik dəyərlər, qaydalar bir başqa insana və cəmiyyətə qarşı şəxsi məsuliyyətləri daxildir.
Ancaq bu sahədə tam bir müvəffəqiyyət təmin edildiyini söyləmək çətindir. Çünki insanların yaxşı və pis tərəfinin da inkişafı sonsuzdur. Etik dəyərlərin xatırladılması, bir şüur yaradılması üçün də, məhz 25 may tarixi Etika Günü olaraq qəbul edilmişdir.

Əhməd
Cebhe.info


Oxunma sayı: 1585