hava haqqinda Bakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8952
  • NEFT - $ 70.44
  • clouds-weather

Bu gün Həsən Əblucun doğum günüdür

Bu gün Həsən Əblucun doğum günüdür

Tanınmış aktyor və rejissor Həsən Əblucun doğum günüdür.

Cebhe.info-nun məlumatına görə, Həsən Abbasqulu oğlu Əbluc 1942-ci ildə Təbrizdə anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Bakıya köçüb. Əvvəlcə Politexnik İnstitutuna qəbul olunub. Birinci kursdan sonra sənədlərini aktyorluq fakültəsinə verib. Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyоrluq və rejissоrluq fakültəsini bitirib. Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sоnralar fəaliyyətini Gənc Tamaşaçılar Teatrında davam etdirib. Kinostudiyada film dublyajlarında iştirak edib.

Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi klassik və müasir şairlərin poeziya nümunələrini tamaşaçılara böyük həvəslə çatdırıb.
Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub.

İstedadlı aktyor və rejissor Həsən Əbluc 1994-cü il martın 13-də də vəfat edib. Onun haqqında "Həsən Əbluc" filmi çəkilib.

Əhməd 
Cebhe.info

 


Oxunma sayı: 435