hava haqqindaBakı
Bu gün +22 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.8726
  • NEFT - 61.07
  • clouds-weather

Bu gün Pakistan dövlətinin Müstəqillik günüdür

Bu gün Pakistan dövlətinin Müstəqillik günüdür

1947-ci ildə Britaniyanın Hindistandakı süqutundan sonra Pakistan suveren dövlət olaraq elan olundu və o vaxtdan hər il avqust ayının 14-ü Pakistan dövlətinin Müstəqillik Günü kimi bayram edilməyə başladı.

Cebhe.info-nun məlumatına görə, Pakistan Cənubi Asiyanın şimal-qərb regionunda ilk müstəqil müsəlman dövləti idi və Pakistan hərəkatının nəticəsində yaranmışdı. Hərəkat Məhəmməd Əli Cinnahın liderliyi altında Bütün Hindistan Müsəlman Liqası tərəfindən başlanmışdı. Hadisə Qərbi Pakistan (hal-hazırkı dövrdə Pakistan) və Şərqi Pakistandan (hal-hazırkı dövrdə Banqladeş) ibarət olan Pakistan dominionuna (sonralar Pakistan İslam Respublikası) 1947-ci il Hindistan Müstəqillik Aktına görə Britaniya Hindistanı altında müstəqilliyin verilməsinə gətirib çıxarıb. İslam təqvimində müstəqillik günü müsəlmanlar tərəfindən müqəddəs dəyərləndirilən Qədr gecəsi ərəfəsinə - Ramazanın 27-ci gününə təsadüf etmişdi.

Əhməd
Cebhe.info


Oxunma sayı: 1805