hava haqqindaBakı
Bu gün +34 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0269
  • EURO - 1.9338
  • NEFT - 65.88
  • clouds-weather

Bu gün xalq artistinin 72 yaşı tamam olur

Bu gün xalq artistinin 72 yaşı tamam olur

ABŞ Prezidenti Donald Trampla eyni gündə anadan olan məşhur Azərbaycan bəstəkarı, Xalq artisti, Əməkdar incəsənət xadimi, "Şöhtət" ordenli Faiq Sücəddinovun 72 yaşı tamam olur.

Cebhe.info xəbər verir ki, Mirfaiq Miri oğlu Sücəddinov 1947-ci il iyunun 14-də Gəncədə anadan olub. O, ilk musiqi təhsilini skripka sinfində alıb. 1965-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olub.

1969-cu ildə Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Estrada Orkestrinin rəhbəri Tofiq Əhmədovun dəvəti ilə orkestrdə çalışmağa başlayıb. XX əsrin 70-ci illərində Faiq Sücəddinov Estrada Orkestrində fəaliyyətini dayandırıb və Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsilini davam etdirib.

1981-ci ildə Azərbaycan Konservatoriyasının bəstəkarlıq sinfini (Xəyyam Mirzəzadənin sinfi) bitirib. 90-cı illər bir sıra klassik əsərlər yaradan bəstəkar üçün xüsusilə məhsuldar olub.

Əsərləri arasında piano və simfonik orkestr üçün konsert (1990), simli kvartet (1991), piano və kamera orkestri üçün konsert (1992), kamera orkestri üçün skertso (1993), xor və simfonik orkestr üçün "Atatürk" odası (1994), müxtəlif tərkibli ansambllar üçün caz kompozisiyaları (1996), B.Vəziroğlunun, F.Qocanın, V.Cəbrayılzadənin sözlərinə bəstələdiyi mahnılar var.
2000-ci illərdə Faiq Sücəddinov Türkiyə və Kirpdə yaşayıb-yaradır, daha sonra Bakıya qayıdır. O, "Qraf Krestovski", "Qeyri-müəyyənlik şəraitində", "Həqiqət anı", "Bahar oğlu" və başqa kinofilmlərə mahnılar bəstələyib.

Əhməd
Cebhe.info

 


Oxunma sayı: 474