hava haqqindaBakı
Bu gün +19 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8782
  • NEFT - 62.94
  • clouds-weather

Bu ilin ən bahalı əsəri fantastik qiymətə satıldı

Bu ilin ən bahalı əsəri fantastik qiymətə satıldı

Noyabrın 7-də Mədəniyyət Nazirliyi, “Auction Baku” MMC və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə “Hilton Baku” hotelində incəsənət əsərlərinin növbəti auksionu keçirildi.

Mədəniyyət Nazirliyindən Cebhe.info-ya verilən məlumata görə, bu il ikinci dəfə gerçəkləşən auksion respublikada mədəniyyət və incəsənət sahəsində biznes münasibətlərini inkişaf etdirmək, alıcı və satıcılar arasında əlaqə qurmaq, art biznes sahəsində rəqabət qabiliyyətini gücləndirmək məqsədilə təşkil olunur.

Hərraca Akif Əsgərovun “Atlar”, Mahmud Rüstəmovun “Qadın müxtəlif əhvalda” silsiləsindən “Kompozisiya”, Fərəh Əliyevanın “Santa 1919-cu il”, “Kraliça”, Pərviz Hüseynov və İrina Qundorinanın “Kraliça Viktoriya”, Vüqar Muradovun “Gülüş”, “Payızda-yaz”, Namiq Məmmədovun “Mələklərin səhər yeməyi”, “Bolluq”, Vüqar Əlinin “Karvan” və İlham Mirzəyevin “Antik büst – qızılı fonda” əsərləri çıxarılmışdı.

Rəssam, heykəltəraş Mahmud Rüstəmovun ilkin qiyməti 5600 manat olan, qranit, bürünc və qızıldan hazırlanmış “Qadın müxtəlif əhvallarda” əsəri 5610 manata satıldı. Heykəltəraş, Xalq rəssamı Akif Əsgərovun tuncdan hazırlanmış “Atlar” əsəri 20 050 manata alıcısını tapdı.

Budəfəki auksionda ümumilikdə 2 lot satıldı. Ən bahalı lot A.Əsgərovun “Atlar” əsəri oldu. Əsəri iş adamı İsgəndər Xəlilov satın aldı.

Qeyd edək ki, hərraca çıxarılan əsərlərin ilk qiymətləri 2500-20 000 manat arasında təyin olunmuşdu.

Xatirə
Cebhe.info


Oxunma sayı: 694