hava haqqindaBakı
Bu gün +26 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0266
  • EURO - 1.8722
  • NEFT - 64.71
  • clouds-weather

Bu kompleksin sakinləri üçün marşrut xətti ayrıldı

Bu kompleksin sakinləri üçün marşrut xətti ayrıldı

Yasamal Yaşayış Kompleksinə 2 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkəti təmin edilib.

Bakı Nəqliyyat Agentliyindən Cebhe.info-ya verilən məlumata görə, Mənzil İnkişafı Dövlət Agenliyi ilə BNA birgə əməkdaşlığı sayəsində avtobusların hərəkəti təmin edilib.

Bu gün səhər saatlarından 206 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar kompleksdə yaşayan sakinlərin istifadəsinə verilib. 206 nömrəli marşrut xətti üzrə avtobuslar kompleksin ərazisindən, 211 nömrəli marşrut üzrə isə kompleksin yaxınlığındakı dairədən keçir. Sərnişin axınına uyğun olaraq gələcəkdə kompleks istiqamətində əlavə marşrut xəttinin təşkili də nəzərdə tutulub.

Cebhe.info


Oxunma sayı: 1860