hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0228
  • EURO - 2.0641
  • NEFT - 56.02
  • clouds-weather

"Bu layihə İrandan Ermənistana yükdaşımaları azaldacaq" - Erməni politoloq

"Bu layihə İrandan Ermənistana yükdaşımaları azaldacaq" - Erməni politoloq

“Biz Yerevandan ölkənin cənubuna gedən yol üzərində suverenliyimizi itirmişik. Məsələn, Azərbaycan sahələrdən birində nəzarət-buraxılış məntəqəsi qura bilər”.

Cebhe.info-nun məlumatına görə, erməni politoloq Edqar Elbakyan jurnalistlərə açıqlamasında belə deyib.

Onun sözlərinə görə, Ermənistan dairəvi yol çəkə bilər. Lakin kommunikasiyaların blokadadan çıxarılmasından sonra dəmir yolu inşa olunacağı təqdirdə, bu, İran vasitəsilə Ermənistana beynəlxalq yükdaşımaları azaldacaq.

“Biz Ermənistan hakimiyyətinin sərhədlər açılacağı və hər şeyin yaxşı olacağı tezisi ilə razılaşmayan düşmənlə işləyirik. Uzunmüddətli perspektivdə Bakı maksimalist hədəflərinə çatmaq istəyəcək” - Elbakyan qeyd edib.

O, əlavə edib ki, həm Rusiya, həm də Türkiyədən Azərbaycana müharibə dövründə əməliyyatların planlaşdırılmasında əhəmiyyətli dəstəyi təmin edən təsiri artırmaq üçün fəal iş aparır. Bu da Azərbaycanda dövlət aparatına və ictimaiyyətə ciddi təsir göstərir.

“Bundan başqa, Azərbaycanda Türkiyəyə daxili ictimai tələb olub və qalır. Eyni zamanda, Moskva Bakını təsir dairəsində saxlamağa çalışır. Ancaq bu fonda Sovet keçmişi olan insanlar tədricən arxa plana keçməkdədir” - deyən politoloq yanvarın 11-də Moskvada keçirilmiş üçtərəfli görüşü belə şərh edib.

“Hələlik danışıqlarda vasitəçilik rolu əslində təkbaşına Moskvaya keçib və Rusiyanın hər şeyi öz üzərinə götürdüyü təəssüratını yaratmamaq üçün Putin ATƏT-in Minsk Qrupundan bəhs edən mərasim təşkil etdi” - politoloq bildirib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1057

Bizim Telegram səhifəmizi izləyin