hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Bu müəllimlər 594, digərləri isə 144 manat maaş alacaq: SON DƏYİŞİKLİK

Bu müəllimlər 594, digərləri isə 144 manat maaş alacaq: SON DƏYİŞİKLİK

“Bir çoxu Nazirlər Kabinetinin “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” qərardakı dəyişikliyi yanlış başa düşüb”. 

Cebhe.info xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. 

Ekspert dəyişikliyin mahiyyətini belə izah edib:

“2015-ci ildə ölkə Prezidentinin sərəncamı ilə müəllimlərin əməkhaqqı 2 dəfə, dərs saatı 1.5 dəfə artdı. Yəni 2015-ci ilə qədər 1 stavka dərs 12 saat idi və müəllimlərin maaşı buna görə stajdan və təhsildən asılı olaraq minimum 160 manat idi. Artımdan sonra 320 manat oldu. Amma artım diplomu dövlət nümunəli olmayan (saxta olan) müəllimlərə şamil olunmadı. Onlara 6 saata qədər dərs verildi və onların 1 stavkası 12 saatla hesablandı. Ölkədə son maaş artımından sonra DQ-dən keçməyən (diplomu dövlət nümunəli olmayan) müəllimlərin maaşı DQ-dən keçən müəllimlərin maaşına gəlib çatmışdı. Amma dünən edilən dəyişikliyə görə, DQ-dən keçməyənlərin 12 saatlıq stavkası DQ-dən keçənlərin 18 saatlıq stavkası ilə eyni oldu. Amma bu, o demək deyil ki, indiyədək 6 saat dərs alan, DQ-dan keçməyən, diplomu dövlət nümunəli olmayan müəllimlər 18 saat dərs ala biləcək. Bu, yanlış fikirdir. Yenə də onlar 6 saata qədər dərs alacaq. Amma indi daha 12 saatlıq stavka ilə hesablanmayacaq, yəni stavkanın 50 faizini almayacaqlar, 18 saatın 6 saatını alacaqlar ki, bu da onların əməkhaqqının azalması deməkdir. Yəni bundan sonra müəllimlər əvvəli kimi 12 və 18 saatlıq fərqli stavkada deyil, bir stavka üzrə maaş alacaqlar. Lakin yenə də əvvəlki kimi müxtəlif Vahid Tarif Cədvəli üzrə maaş almaqda davam edəcəklər. Onlar 6 saatı artımla yox, lap əvvəlki saat hesabı məbləği ilə eyni alacaqlar. Qısası, gedib RTŞ-dan, dirketordan yapışmasınlar ki, bəs mənə 18 saat dərs ver. Yenə də onlar 6 saat dərs ala bilər, artıq olmaz. Bu, o deməkdir ki, son maaş artımından sonra dünənki dəyişikliklə onların maaşı azalacaq. DQ-də iştirak etməyənlər əvvəlki maaşdan da  az əməkhaqqı alacaqlar. Bu dəyişiklik MİQ-dən kənar qəbul olunan,  dövlət nümunəli diplomu olmayanlara aiddir. Belə ki, qərarın DQ-də iştirak edən, MİQ yolu ilə işə qəbul olan, diplomu dövlət nümunəli olan müəllimlərə heç bir aidiyyəti yoxdur. 1 sentyabrdan etibarən Qiymətləndirmədən keçən müəllim 1 stavka- 18 saat dərsə görə 594 manat əməkhaqqı alacaq (1 dərsə görə 33 manat). Qiymətləndirmədən keçməyən müəllim isə 6 saat dərs deyəcək və 144 manat əməkhaqqı alacaq (bir dərsə görə 24 manat)”. 

Cebhe.info


Oxunma sayı: 2652