hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Bu məktəbdə şagirdlər var, müəllim və direktor yox? - “Biz kimik ki, özbaşına...”- RƏSMİ

Bu məktəbdə şagirdlər var, müəllim və direktor yox? - “Biz kimik ki, özbaşına...”- RƏSMİ

Laçın rayon 35 nömrəli tam orta məktəblə bağlı qəribə vəziyyət yaranıb. 

Sosial şəbəkədə yayılan məlumata görə, məktəbin şagirdləri dərsə gedəndə sürprizlə qarşılaşıblar. Belə ki, məktəbin müəllim kollektivi direktorla birgə məktəbi tərk edib. Bunu görən şagirdlər geri qayıtmalı olublar. Müəmmalı vəziyyətdən narahat olan valideynlər direktorla əlaqə saxlayıb. 

Direktor isə öz növbəsində Təhsil Nazirliyinin bu məsələdən xəbərdar olduğunu bildirib və onlardan şikayət etməmələrini istəyib. 

Laçın rayon 35 nömrəli tam orta məktəbin direktoru Səbinə Nəcəfova Cebhe.info-ya açıqlamasında yayılan məlumatın həqiqətəuyğun olmadığını bildirib. O deyib ki, məktəbin kollektivi iş başındadır: “Biz Təhsil Nazirliyinin göstərişi ilə bura gəlmişik. Kimik ki, özbaşına nəsə edək? Hazırda məktəbdəyik və normal dərs keçir. Sosial şəbəkələrdə çox şey yazıla bilər. Yerində araşdırmaq lazımdır”. 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 1431