hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Bu ölkə də Rusiya vaksinini təsdiqlədi

Bu ölkə də Rusiya vaksinini təsdiqlədi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkəsi Rusiya istehsalı olan koronavirusa qarşı "Sputnik V" vaksininin istifadəsini təsdiqləyib.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu məlumat yayıb.

Məlumatda bildirilib ki, BƏƏ-də "Sputnik V" vaksini qeydiyyatdan keçib və yerli Səhiyyə Nazirliyi vaksinin Rusiyadakı kliniki təcrübələrinin nəticələri ilə tanış olub.

"Hazırda BƏƏ-də preparatın təcrübələri keçirilir və artıq təcrübənin 3-cü fazasıdır", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Avropa İttifaqı ölkələrindən isə ilk dəfə bu vaksin Macarıstanda təsdiq edilib və qeydiyyatdan keçib.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 991