hava haqqindaBakı
Bu gün +7 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0697
  • NEFT - 66.88
  • clouds-weather

Bu ölkə hava məkanını “Boeing 777”yə bağladı

Bu ölkə hava məkanını “Boeing 777”yə bağladı

Britaniya hava məkanını “Boeing 777” təyyarələrinin bəzi modellərinə bağlayıb.

Cebhe.info-nun məlumatına görə, buna laynerlərdən birinin mühərrikinin Amerikanın Brumfield şəhəri üzərindəki uçuş zamanı sıradan çıxması səbəb olub.

“The Telegraph” qəzeti Britaniyanın Nəqliyyat naziri Qrant Şarpa istinadən qeyd edilən məlumatı yayıb.

“Bu həftəsonu baş vermiş hadisələrindən sonra “Pratt & Whitney 4000-112” uçuş mühərriki ilə təchiz edilən “Boeing B777s” təyyarələrinin Britaniyanın hava məkanına girişi müvəqqəti olaraq qadağan ediləcək” - nazir belə deyib.

Böyük Britaniyanın Mülki Aviasiya İdarəsi heç bir ingilis aviaşirkətinin bu model mühərrikllərdən istifadə etmədiyini bildirib.

Bütün dünyada bu təyyarələrdən 128 ədəd mövcuddur ki, onun da yalnız 69-dan texniki xidmət məqsədilə istifadə olunur. Qalanları isə ehtiyatda saxlanılır.

Xatırladaq ki, fevralın 21-də Amerikanın Kolorado ştatındakı Brumfield şəhərində “United Airlines” təyyarəsinin mühərrikinin parçaları yaşayış binalarının yaxınlığına düşüb. Göyərtəsində 200-dən çox sərnişini olan təyyarə mühərrik sıradan çıxdıqdan sonra təcili eniş edib.

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 353