hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bu ölkə koronavirus pasportu çıxarır

Bu ölkə koronavirus pasportu çıxarır

Danimarkada milli sağlamlıq saytından pulsuz yüklənə bilən və beynəlxalq səyahətlərdə istifadə edilə bilən Covid-19 pasportu çıxarılacaq.

Unikal.org xəbər verir ki, pasport almaq üçün əvvəlcə “coronaprover.dk” saytında test üçün müraciət etməlisiniz. Test mənfi olarsa, rəqəmsal proqram “ID NemID” işə düşür.

Qeyd edək ki, “ID NemID”, Danimarkada hökumət saytlarında, internet banklarında və bəzi özəl şirkətlərdə fəaliyyət göstərmək üçün istifadə olunan rəqəmsal proqramdır.

Bu barədə mətbuata açıqlama verən, “Covid-19 testinizin bir çox yerlərdə mənfi olduğunu sənədləşdirməyiniz istənə bilər. Yeni Covid-19 pasportu ilə bu sınağı rəsmi olaraq sənədləşdirmə fürsətini təklif edirik” - deyə ölkənin səhiyyə naziri Maqnus Henaik bildirib.

Cebhe.info


Oxunma sayı: 2487