hava haqqindaBakı
Bu gün +30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0244
  • EURO - 1.9065
  • NEFT - 41.61
  • clouds-weather

Bu ölkədə camaat namazına icazə verildi

Bu ölkədə camaat namazına icazə verildi

Koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlərin mərhələli olaraq yumşaldıldığı Avstriyada bu həftədən etibarən cümə namazları qılınacaq.

Cebhe.info xəbər verir ki, bu haqda Avstriya İslam Birliyinin prezidenti Ümid Vural mətbuata açıqlama verib. Toplu ibadətlərin 11 həftə sonra yenidən başlanacağı bildirilib.

Ümid Vural 15 maydan sabah, günorta və axşam namazlarının məscidlərdə qılınmasına icazə verildiyini, ötən bazardan etibarən axşam və işa namazlarının camaatla qılınmasının mümkün olduğunu qeyd edib.

Lakin ibadət sırasında maska taxmaq məcburiyyətinin olmaması diqqət çəkib.

Qeyd edək ki, ölkədə 16 min 591 nəfər virusa yoluxub, 645 nəfər həyatını itirib.

Tünzalə
Cebhe.info


Oxunma sayı: 1453