hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Bu ölkədə COVID-19-a yoluxma sayı 654 405 nəfərə yüksəldi

Bu ölkədə COVID-19-a yoluxma sayı 654 405 nəfərə yüksəldi

Rusiyanın 83 bölgəsində son sutkada 6 556 yeni koronavirus infeksiyası aşkar edilib.

Cebhe.info xəbər verir ki, ölkədə virusa ümumi yoluxan xəstələrin sayı 654 405 nəfərə yüksəlib. O cümlədən klinik təzahürləri olmayan 2 091 (31,9%) nəfər aşkarlanıb. Bir gün əvvəl isə bu ölkədə 6 693 nəfər koronavirusa yoluxub.

Qeyd edək ki, Rusiyanın Vektor Mərkəzinin Baş direktoru Rinat Maksyutov iyulun 15-də koronavirus infeksiyasına qarşı peyvəndin klinik sınaqlarına başlamağın planlaşdırıldığını söyləyib. Rusiyanın digər mütəxəssisləri isə sadəcə virusdan qorunmağı tövsiyə edirlər.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 661