hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Bu ölkədə peyvənddən azı 20 nəfər öldü: Hökumət qorxuya düşdü

Bu ölkədə peyvənddən azı 20 nəfər öldü: Hökumət qorxuya düşdü

İsveçrədə azı 20 nəfər peyvənddən sonra vəfat edib.

Cebhe.info xəbər verir ki, bu barədə yerli mətbuat yazıb. Hökumət isə peyvənddən sonra 16 ölüm hadisəsindən xəbərdar olduğunu açıqlayıb. Ancaq o da bildirilib ki, hələlik bu şəxslərin məhz peyvənddən vəfat etdiyinə dair konkret dəlil yoxdur.

“Swissmedic" agentliyi yazır ki, ümumilikdə peyvənddən sonra ağır durum barədə 360 nəfər müraciət edib. Onlardan 95 nəfər xəstəxanaya yerləşdirilib.

Yerli mətbuatın yazdığına görə, hökumətin insanların peyvənd olunmaqdan imtina edəcəyindən qorxur. Buna görə də tam ətraflı araşdırma olmadan, rəqəmlərlə bağlı mövqeyini qəti olaraq bildirmir.

Bu ölkədə “Moderna” və “Pfizer” peyvəndindən istifadə olunur.

Litvada da peyvənddən bir nəfərin öldüyü barədə xəbər var. Onun ürək-damar xəstəliklərindən əziyyət çəkdiyi bildirilib.

Xəzər
Cebhe.info


Oxunma sayı: 2014