hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Bu ölkədə qadınlar orduda xidmət edəcək

Bu ölkədə qadınlar orduda xidmət edəcək

Səudiyyə Ərəbistanında qadınların orduya qatılmasına və yuxarı rütbələrə yüksəlməsinə icazə verilib.

Unikal.org xəbər verir ki, bu barədə qərar vəliəhd şahzadə Məhəmməd bin Salmanın qadınlarla bağlı islahatları çərçivəsində baş tutub.

Bildirilib ki, bunun üçün qadınlar 21-40 yaşında olmalı, boyları isə 155 santimetrdən qısa olmamalıdır. Qərara görə, qadınlar quru, dəniz, hava, raket qüvvələrinə və səhiyyə sinfinə müraciət edə bilərlər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında kişilərin silahlı qüvvələrə qatılması üçün əsas meyar 17-40 yaşında və 160 santimetrdən qısa olmamaqdır.

Cebhe.info


Oxunma sayı: 1211