hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0222
  • EURO - 2.0331
  • NEFT - 66.79
  • clouds-weather

Bu ölkədə Tənhalıq Nazirliyi yaradıldı

Bu ölkədə Tənhalıq Nazirliyi yaradıldı

Yaponiyada Tənhalıq Nazirliyi yaradılıb.

Cebhe.info xəbər verir ki, pandemiya ilə əlaqədar, intiharların çoxaldığı Yaponiya vəziyyəti düzəltmək üçün belə bir addım atıb.

Yaponiya Baş naziri Yoşihide Suqa bildirib ki, son 1 ildə dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən son zamanlarda intiharların sayında kəskin artım var. Bu səbəbdən də belə bir addım ataraq, insanlara dəstək olmağa çalışırıq.

Bu vəzifəyə təyin olunan nazir Tetsuşi Sakamotu isə bildirib ki, bu vəzifədə olduğu müddətdə insanlar arasında əlaqələrin bərpa edilməsinə və bu şəxslərin sosial münasibətlərdən kənar qalmamasına çalışacaq.

Statistikalara əsasən, 2020-ci ilin sentyabr ayında Yaponiyada 800 nəfər intihar edib. Bu isə ötən illə müqayisədə 70 % artım deməkdir. İntihar edənlərin əksəriyyəti isə qadınlardır.

Gülnarə Məmmədova
Cebhe.info


Oxunma sayı: 705