hava haqqindaBakı
Bu gün +31 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0240
  • EURO - 1.9163
  • NEFT - 43.23
  • clouds-weather

Bu ölkələrdə virusa yoluxanların sayı artıb

Bu ölkələrdə virusa yoluxanların sayı artıb

Koronavirus pandemiyasından ən çox zərər çəkən ölkələrdən olan Braziliyada ölənlərin sayı durmadan artır.

Cebhe.info xəbər verir ki, səhiyyə nazirliyindən verilən məlumata görə, son sutka ərzində 692 nəfər həyatını itirib. Bununla da, ölkədə ölənlərin sayı 58 min 314 olub.

Digər tərəfdən, daha 24 min 52 nəfər virusa yoluxub. Beləliklə, virus daşıyıcılarının sayı 1 milyon 368 min 195-ə çatıb. Xəstələrdən 757 min 462-si sağalıb.

Meksikada da virusdan həyatını itirənlərin sayı artıb.

Səhiyyə nazirliyindən verilən məlumata görə, ölənlərin sayı 473 nəfər artaraq 27 min 121, virusa yoluxanların sayı isə 3 min 805 nəfər artaraq 220 min 657 olub.

Qeyd edək ki, Meksikada virusdan ölənlərin sayı ilk dəfə 27 mayda 500-ü keçib.

Hindistanda isə son sutka ərzində 423 nəfər həyatını itirib.

Beləliklə, ölkədə ölənlərin sayı 16 min 898-ə çatıb. Daha 19 min 212 nəfər virusa yoluxub.

Bununla da, virusa yoluxanların sayı 567 min 530 olub. Xəstələrdən 334 min 972-si sağalıb.

Tünzalə
Cebhe.info


Oxunma sayı: 1629