hava haqqindaBakı
Bu gün +32 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0238
  • EURO - 1.9320
  • NEFT - 43.13
  • clouds-weather

Bu ölkənin iqtisadiyyatı kəskin “ÇÖKDÜ” – Son 3 əsrin rekordu vurula bilər

Bu ölkənin iqtisadiyyatı kəskin “ÇÖKDÜ” – Son 3 əsrin rekordu vurula bilər

Böyük Britaniyanın iqtisadiyyatı son 40 il ərzində rekord çöküb. ÜDM cari ilin yanvarından martına qədər rekord 2,2 faiz düşüb.

Cebhe.info xəbər verir ki, bu barədə ölkənin Milli Statistika idarəsi (ONS) tərəfindən yayılmış məlumatda deyilir.

“Bunun səbəblərindən biri pandemiya ilə əlaqədar insanların evdə qalaraq az pul xərcləməsidir. Əksər müəssisələrin bağlanması o demək idi ki, insanlar hətta istədikləri halda belə pul xərcləyə bilməzdilər”, - deyə “Capital Economics”in iqtisadçısı Tomas Pyu bildirib və əlavə edib ki, böhrandan öncəki göstəriciləri yalnız 2020-ci ilin sonlarında əldə edə bilərlər.

ONS-in hesablamalarına əsasən, Britaniya iqtisadiyyatı martla müqayisədə apreldə 20,4 faiz çöküb. Bunun fonunda isə ölkənin Baş naziri Boris Conson iyunun 29-da infrastruktura xərclərin artırıldığını elan etmişdi. O, ilk mərhələdə xəstəxanaların və yolların təmirinə beş milyard funt (10 milyard AZM) ayırmağa söz vermişdi.

İngiltərə bankının proqnozuna görə, bu il ölkənin iqtisadiyyatının çökməsi 14 faiz təşkil edə bilər ki, bu da son 3 əsrin, yəni 1706-cı ildən bəri ən pis göstərici ola bilər.

Cebhe.info


Oxunma sayı: 716