hava haqqindaBakı
Bu gün +12 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8883
  • NEFT - 64.92
  • clouds-weather

Bu ölkədə benzin və dizel yenidən bahalaşdı

Bu ölkədə benzin və dizel yenidən bahalaşdı

Çində benzinlə dizel yanacağının topdan və pərakəndə satış qiymətləri yenidən bahalaşıb. 

Bahalaşmaya səbəb dünya bazarında xam neftin qiymətinin artması göstərilir. Çin Milli İnkişaf və İslahat Komissiyası qəbul etdiyi qərara əsasən, dekabrın 3-dən benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 55 yuan (7,83 ABŞ dolları) və 50 yuan (7,12 dollar) artırılıb. Ölkənin neft emalı və satışı şirkətlərindən yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılması xahiş edilib.

Qeyd edək ki, Çində sonuncu dəfə noyabrın 19-da yanacağın qiymətində artım olmuşdu. 

Əgər Çinin ucuz malları bitirsə, bazarlarda bahalaşmaya hazır olmalıyıqmı? 

İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında bildirib ki, istənilən istehsal məhsulları topdansatış bazalarına, oradan da pərakəndə satış nöqtələrinə çatdırılır: 

“Çin bütün dünyanın əmtəə bazası kimi fəaliyyət göstərir. Hazırda burada istehsal olunan malların başqa ölkələrə çatdırılması üçün daşınması lazımdır. Çində daşınmada əsasən, avtonəqliyyatdan çox, dəniz və dəmir yoluna üstünlük verilir. Ölkə ərazisinin böyük olduğunu nəzərə alsaq, ən azı limanlara qədər bu məhsulların daşınması avtonəqliyyat vasitələri ilə həyata keçirilir. Bu nöqteyi-nəzərdən malların qiymətində dəyişikliklər olmalıdır. İqtisadiyyatın qaydasıdır, istehsal olunan məhsulun xərci artırsa, mütləq şəkildə onun qiymətində də fərq olacaq. Yəni ən azından yanacağın artımı qədər həmin mallarda da bahalaşma müşahidə olunacaq. Ola bilər ki, qiymət artımı hansısa məhsulda müşahidə olunmasın. Bu zaman da məhsulun indiyə qədər satışında kifayət qədər artıq qiymət qoyulması müəyyən olunacaq. Sahibkar məhsula maya dəyərindən artıq qiymət qoyduğu üçün, hər hansı bir bahalaşmada qiyməti artırmır. Mövcud durumda yanacağın qiyməti daşınmada nə qədər fərq edəcəksə, məhsulun üzərinə də bir o qədər də faiz gələcək”. 

Yeganə Oqtayqızı 
Cebhe.info


Oxunma sayı: 573