hava haqqindaBakı
Bu gün +24 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0265
  • EURO - 1.8799
  • NEFT - 64.84
  • clouds-weather

"Bu sahədə əmək bazarının 90 faizi milliləşib" - Vüsal Hüseynov

"Bu sahədə əmək bazarının 90 faizi milliləşib" - Vüsal Hüseynov

"Əmək bazarının milliləşdirilməsi dövlətimizin yanaşmasından biridir". 

Cebhe.info xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov əmək bazarının milliləşməsi fonunda əcnəbi əməkçi miqrantların yerləşdirilməsi ilə bağlı kvotaya yenidən baxılmasından danışarkən deyib. 

O bildirib ki, enerji və neft sektorunda bu layihə uzun müddətdir icra edilir: 

"Çox yüksək nəticələr var. Enerji sektoru 90 faizdən yuxarı milliləşməyə cəlb edilib. Ötən illərə baxsaq görərik ki, milliləşmə öz təsirini verir. Bu kvota illər əvvəl daha yüksək idi. 12 min, 10 min, 9 min, yəni hissə- hissə bu yenilənir. Tutaq ki, illər öncə səhiyyə sahəsində əcnəbi mütəxəssislərə ehtiyac var idisə, bu gün yerli mütəxəssislər onları əvəzləyirsə, artıq bu, nəticə olaraq milliləşmənin göstəricisidir. Bu baxımdan, proses davamlıdır ". 

Alçina Amilqızı 
Cebhe.info


Oxunma sayı: 969