t Bu şəhər sürətlə infeksiya yayır: 69 nəfər xəstəxanalıq oldu 
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Bu şəhər sürətlə infeksiya yayır: 69 nəfər xəstəxanalıq oldu 

Bu şəhər sürətlə infeksiya yayır: 69 nəfər xəstəxanalıq oldu 

Dağıstanda 69 nəfər bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Cebhe.info xəbər verir ki, paytaxt Maxaçqalada çirklənmiş sudan zəhərlənmə səbəbindən 69 nəfər kəskin bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib. 

Onlardan 39-u uşaqdır. Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, yanvarın 6-dan 14-dək Maxaçqala sakinləri qusma ilə müşayiət olunan qarın ağrısından şikayət ediblər. Ehtimal olunur ki, zəhərlənmənin səbəbi sakinlərin evlərinə su kəmərləri ilə verilən çirklənmiş içməli sudur. 

Məsələ ilə bağlı araşdırmalara başlanıb və hadisə ilə bağlı cinayət işi açılıb.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1013