hava haqqindaBakı
Bu gün +21 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0226
  • EURO - 2.0469
  • NEFT - 67.91
  • clouds-weather

Bu şəxslərdən orqan götürülməsi QADAĞAN EDİLİR

Bu şəxslərdən orqan götürülməsi QADAĞAN EDİLİR

Səhiyyə və tibb əmək ekspertizası təşkilatlarındа meyit orqan və toxumalarının götürülməsi, hazırlanması və saxlanılmasında yaşı 18-dən az olan işçilərin əməyindən istifadə qadağan edilib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı”nda müvafiq dəyişiklik edib.

Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, qərar “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

Cebhe.info


Oxunma sayı: 364