hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bu şəxslərə hətta dostlarından da hədiyyə almaq QADAĞANDIR

Bu şəxslərə hətta dostlarından da hədiyyə almaq QADAĞANDIR

Dövlət qulluqçuları tabeliyində çalışanlardan, hətta öz dostlarından da hədiyyə qəbul edə bilməzlər. 

Bu qadağa işdən kənar zamanlara da şamil olunur.

Cebhe.info xəbər verir ki, bu müraciətlə Rusiya Əmək Nazirliyi çıxış edib.

"Vəzifəli şəxslərin işdənkənar müddətdə öz dostları və ya kənar şəxslərdən hədiyyə qəbul etməsi qadağanın pozulması deməkdir", -deyə müraciətdə vurğulanır.

Nazirlikdən o da bildirilib ki, maddi mənafe üçün istənilən hədiyyənin qəbulu qadağan edilib.

Rusiyada hazırlanan yeni antikorrupsiya normaları ilə hədiyyə və ya müfakat alması qadağan olunan vətəndaşların kateqoriyası müəyyənləşdirilib. Bura senatorlar, Dövlət Duması və yerli parlamentlərin deputatları, dövlət vəzifəsi tutan şəxslər, dövlət qurumları və əyalətlərdə çalışan qulluqçular, Mərkəzi Bankın əməkdaşları və s. daxildir. 

Xəzər
Cebhe.info


Oxunma sayı: 1651