hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Bu tarixdən "sms" icazə sistemi yenidən bərpa oluna bilər

Bu tarixdən "sms" icazə sistemi yenidən bərpa oluna bilər

Xəbər verdiyimiz kimi oktyabrın 30-da Azərbaycanda rekord yoluxma qeydə alınıb.

Belə ki, 1022 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb.

Yoluxma sayını azaltmaq üçün bu həftə Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilə və yaxud "sms" icazə sistemi tətbiq edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, yoluxmaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Çünki bu prosesin ön cəbhəyə keçmə ehtimalı var. Arxa cəbhədə yoluxmaların sayının artması həkimlərin və əlavə resursursların cəlb edilməsi bütün bunların hər biri ciddi problemdir. Yəqin ki, müəyyən məhdudlaşdırıcı tədbirlər görülə bilər".

Adil Qeybulla vurğulayıb ki, harda kütləvilik varsa orada qapadılmaya gedilməlidir:

"Əslində müəyyən tədbirlər görülür. O ki, qaldı "sms icazə"yə yenidən buna gedilə bilər. Hər şey yoluxma diamikasından asılı olacaq".

Cebhe.info


Oxunma sayı: 2355

Bizim Telegram səhifəmizi izləyin