hava haqqindaBakı
Bu gün 30 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0264
  • EURO - 1.9097
  • NEFT - $ 62.51
  • clouds-weather

"Bu tədbirin Bakıda keçirilməsi çox mötəbər haldır" - Novruz Məmmədov

"Bu tədbirin Bakıda keçirilməsi çox mötəbər haldır" - Novruz Məmmədov

"Azərbaycan üçün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) beynəlxalq tədbirinin Bakıda keçirilməsi çox mötəbər haldır".

Bunu Azərbaycanın Baş naziri Novruz Məmmədov bu gün Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları Konfransı və Sərgidə (WCO IT/TI Conference & Exhibition) bildirib. 

Onun sözlərinə görə, Azərbaycan ÜGT ilə sıx əməkdaşlıq edir: “Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Bakıda yerləşməsi və Azərbaycan ÜGT-nin Avropa regionuna rəhbərlik etməsini bu əməkdaşlığın bariz nümunəsidir”.

Baş nazir bildirib ki, Azərbaycan Avropa və Asiya arasında tranzit rolu oynayır: “Azərbaycan son illər irimiqyaslı infrastruktur layihələri həyata keçirir. Son illər ərzində Azərbaycaninfrastruktura böyük həcmdə vəsait yatırıb”

N. Məmmədov xatırladıb ki, 2013-cü ildə Azərbaycan orbitə ilk peykini buraxıb və bununla da ölkəmiz böyük kosmik ailənin üzvü olub. 

Cebhe.info


Oxunma sayı: 353