hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0229
  • EURO - 2.0661
  • NEFT - 65.30
  • clouds-weather

Bu vərdişlərdən əl çəkin: TEZ QOCALMAYIN

Bu vərdişlərdən əl çəkin: TEZ QOCALMAYIN

Tibb işçiləri ömrü uzatmaq üçün bir sıra zərərli vərdişlərdən xilas olmağın siyahısını tərtib ediblər.
Cebhe.info xəbər verir ki, bu barədə "replua.net" yazıb. Mütəxəssislər ilk olaraq tütün məmulatlarından və spirtli içkilərdən istifadədən imtina edilməsini qeyd ediblər.

Həkimlər həmçinin likör və şirin kokteyllərdən də imtina etməyi tövsiyə ediblər.

"Əgər siqaret çəkməyi tərgitmək problemdirsə, gün ərzində sayını azaldın və siqareti acqarına çəkməyin",-deyə tibb işçiləri qeyd ediblər.
Həkimlərinsözlərinə görə, ən təhlükəli adətlərdən biri də normal yuxu yatmamaq və istirahətə az vaxt ayırmaqdır.

"Sutkada 8 saatdan az olmayaraq yuxu saatı olmalıdır. Əks halda, depressiv vəziyyət və ürək-damar xəstəlikləri yarana bilər",- deyə mütəxəssislər bildirib.
Qeyd edək ki, həkimlər vurğulayıblar ki, azhərəkətlilik, həddən çox şəkərdən istifadə və mütəmadi ağır qidaların qəbul edilməsi də qocalığı tezləşdirən əlamətlərdir.
Xatırladaq ki, həkimlər yay aylarında günəş şüalarından qorunmağı da tövsiyə ediblər.

Sevinc Tapdıqqızı
Cebhe.info


Oxunma sayı: 1211