hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

"Bu vəsait ərazilərin bərpasına yönəldilməlidir" - Arif Hacılı

"Bu vəsait ərazilərin bərpasına yönəldilməlidir" - Arif Hacılı

“Mərkəzi Bankın yeni binasının tikintisi ilə bağlı tender 2020-ci ilin fevral ayında elan edilib. O zaman COVID-19 hələ pandemiya elan edilməmiş, Azərbaycanda 1 nəfər də bu virusa yoluxmamış, iqtisadi tənəzzül başlamamış, neftin qiyməti ucuzlaşmamışdı. Bundan əlavə, 2020-ci ildə Qarabağ Müharibəsi ilə əlaqədar ölkənin hərbi və digər xərcləri misli görünməmiş dərəcədə yüksəldi”.

Cebhe.info xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

A.Hacılı bildirib ki, indi qarşımızda işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi kimi böyük xərclər tələb edən ümummilli vəzifə var:

“Bununla bağlı bir çox digər layihələrin təxirə salınması, hətta sosial sahəyə yetərli vəsaitlərin ayrılmaması anlaşıqlı qarşılandı. Belə şəraitdə, aeroport yolunda, əsas təyinatı xaricdən gələnlərə göstərib qürürlanmaq olan Mərkəzi Bankın yeni binasının tikintisinə 450 milyon manatadək vəsaitin ayrılması yolverilməzdir. Əslində Mərkəzi Bankın indi mövcud olan binası da külli miqdarda dövlət vəsaiti hesabına tikilmiş, kifayət qədər böyük və təyinatı üzrə istifadə üçün tam yetərli olan binadır.

Bütün bunlar, eyni zamanda ölkə ictimaiyyətinin birmənalı rəyi nəzərə alınaraq israfçılığa son qoyulmalı, belə bahalı binanın tikintisi ləğv edilməli, bu binanın tikintisi üçün nəzərdə tutulan vəsait işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldilməlidir”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 914

Bizim Telegram səhifəmizi izləyin