hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Büdcədəki kəsir nə qədər qorxuludur? - EKSPERT ŞƏRHİ

Büdcədəki kəsir nə qədər qorxuludur? - EKSPERT ŞƏRHİ

Azərbaycanın büdcəsində 700 milyon manata yaxın kəsir yaranıb.

Məlumatı Maliyyə Nazirliyi yayıb. Bildirilib ki, 2020-ci ilin yanvar-sentyabr aylarında dövlәt büdcәsinә 17 milyard 964,5 milyon manat vәsait daxil olmuş, büdcәdәn 18 milyard 642,1 milyon manat vәsait xәrclәnmiş, büdcәnin icrasında 677,6 milyon manatlıq kәsir yaranmışdır.

Dövlət büdcəsinin kəsiri əsasən, dövlət istiqrazlarının yerləşdirilməsi ilə cəlb edilən vəsait hesabına örtülür.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 15 milyard 954,7 milyon manat, xərcləri 16 milyard 356,2 milyon manat təşkil etmiş, son nəticədə büdcədə 401,5 milyon manat kəsir yaramışdı.

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında bildirib ki, kəsir gözlənilən idi və çox güman ki, ilin sonunadək məbləğ daha da artacaq:

“Kəsrin 1 milyarda yaxınlaşması gözlənilir. Öncədən proqnozlarda nəzərdə tutulmuşdu. Yeganə kəsrin maliyyələşdirilməsi ilə bağlı mənbələr də göstərilmişdi. Bununla bağlı problemlər var. Pandemiya, bəzi özəlləşdirmə proqramlarının həyata keçirilməsi ləngidi. Buna görə də bücdə kəsirinin maliyyələşdirilməsi ilə bağlı da müəyyən problemlırin olması ilə əlaqədar problemlər var. Amma fəlakətli rəqəmlər deyil. Dünyada kəsirlə icra olunmayan büdcə demək olar ki, qalmayıb. Pandemiya dönəmində ölkələr ümumiyyətlə daha böyük büdcə açıqlamaları verilir. Ona görə də təhlükəli vəziyyət deyil.

Kəsrin maliyyələşdirilməsi mənbələri ilə bağlı kifayət qədər düşünmək lazımdır. Gələcəkdə də təkrarlanacaq proses olacaq. Çox güman ki, 2021-ci il iqtisadi cəhətdən heç də asan keçməyəcək. Bu baxımdan büdcə kəsiri maliyyələşdirilməsi ilə bağlı daha ciddi proqramların və yanaşmaların olmasına ehtiyac var”.

Alçina Amilqızı
Cebhe.info


Oxunma sayı: 1695

Bizim Telegram səhifəmizi izləyin