hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

Büdcənin milyonlarını qorumaq üçün: Kommunal xidmət qurumları özəlləşdirilməlidir - DEPUTAT

Büdcənin milyonlarını qorumaq üçün: Kommunal xidmət qurumları özəlləşdirilməlidir - DEPUTAT

Prezident İlham Əliyevin dövlət şirkətlərinə kəskin irad bildirməsi, onların fəaliyyətindən narazılığı dövlət müəssisələrinin özəlləşdirməyə çıxarılması məsələsini yenidən gündəmə gətirib.

Dövlət şirkətlərinin özəlləşdirməyə verilməsi məsələsi artıq uzun müddətdir ki, müzakirə olunur. Hesab olunur ki, bu, həm bazarda rəqabətli mühit, keyfiyyətli xidmət yaradacaq, həm də dövlət büdcəsinin yükü azalacaq. Nəzərə alsaq ki, bütün dövlət şirkətləri büdcədən aldıqları dotasiya hesabına fəaliyyət göstərir, bu müəssisələrin özəlləşdirilməyə çıxarılması daha məqsədəuyğun hesab olunur.

Ancaq unun üçün elə müxanizm tapılmalıdır ki, qiymətlərin artmaması şərtilə özəlləşdirmə prosesi həyata keçirilsin və bazarda rəqabətlilik mühiti yaradılsın. İlkin mərhələdə bu qurumlar Məhdud Məhsuliyyətli Cəmiyyət (MMC) və Qapalı Səhimdar Cəmiyyətlər (QSC) Açıq Səhimdar Cəmiyyətə çevrilə, sonrakı dövrdə isə özəlləşdirmə və ya həmin şirkətlərin idarəetməyə verilə bilər.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov ilkin mərhələdə komunal xidmət göstərən dövlət şirkətlərinin özəlləşdirilməyə çıxarılmasını təklif edib. Millət vəkili hesab edir ki, bu məsələdə Mərkəzi Şərqi Avropa ölkələrinin təcrübəsi tətbiq edilməlidir:

“Mərkəzi Şərqi Avropa ölkələrinin təcrübəsinə diqqət yetirsək, bu ölkələrdə xüsusilə birinci mərhələdə komunal xidmətləri həyata keçirən dövlət qurumlarının ya idarəetməyə verilməsi, ya da özəlləşdirilməsi prosesi həyata keçirilib. İqtisadiyyatda dövlətin payı nisbətən çox olan ölkələrdə həmin qurumlar özəl şirkətlərin idarəetməsinə verilib. Azərbaycanda iqtisadiyyatın liberallaşdırılması ilə bağlı ölkə Prezidentinin göstərişi var. Liberallaşdırmanın da əsas elementlərindən biri dövlət mülkiyyətinin özəl sektorun idarəetməsinə verilməsidir. Düşünürəm ki, bu istiqamətdə müzakirələrin aparılması məqsədəuyğun olardı. Təklifimiz ondan ibarətdir ki, birinci mərhələdə kommunal xidmət həyata keçirən dövlət şirkətlərinin özəl şirkətlərə müddətli olaraq idarəetməyə verilməsi prosesi həyata keçirilsin. Söhbət uzunmüddətli idarəetmədən gedir. Məsələn, Şərqi Avropa ölkələrinin təcrübəsinə baxsaq, söhbət 20-25 illik müddətə idarəetməyə verməkdən gedir. Bu da nəticə etibarilə həmin sektora özəl investisiyanın cəlbinə və təbii ki, büdcə vəsaitlərinə qənaəet edilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına gətirib çıxara bilər”.

V.Bayramov vurğulayıb ki, bu zaman hökumət həm də paket formasında həmin dövlət müəssisəsinin sağlamlaşdırılmasını da özəl şirkətə təklif edə bilər:

“Məsələn, bir sıra inkişaf etməkdə olan ölkələrdə bu, paketin bir elementi olur. Həmin dövlət şirkətini alan özəl şirkət həm də dövlət müəssisəsinin sağlamlaşdırılması, texnologiya və innovasiya baxımından yeniləşdirilməsini həyata keçirir. Amma bu zaman da həmin özəl şirkətə dövlət tərəfindən müəyyən güzəştlər verilir. Bəzi ölkələrdə bu güzəşt müəyyən müddətə vergidən azad olunma ilə müşayət olunur. Cənub Şərqi Asiya ölkələrində onlara subsidiya və ya faizsiz kreditlər təklif olunur ki, şirkət dövlət müəssisəsinin sağlamlaşdırılmasında maraqlı olsun. Düşünürəm ki, oxşar praktikanı, xüsusilə də bir sıra inkişaf etməkdə olan ölkələrdəki kimi sağlamlaşdırmanın paketin bir elementi olaraq kommunal xidmət göstərən dövlət müəssisələrinin özəl şirkətlərin idarəetməsinə verilməsinin müzakirəsi məqsədəuyğundur. Çünki burada məqsəd koorporativ idarəetmənin formalaşdırılması, çevik qərarların verilməsinə nail olmaq, ən əsası isə büdcə vəsaitlərinə qənaət edilməsidir. Çünki hər bir müəssisə üçün ayrıca maliyyə balansının hazırlanmasına ehtiyac var ki, dövlət bu şirkətə nə qədər vəsait ayırır. Bunun müqabilində isə həmin müəssisə dövlətə və iqtisadiyyata n qədər xeyir verir? Ona görə də düşünürəm ki, bunun bu tip qiyətləndirilməsinin aparılmasına ehtiyac var”.

Millət vəkili onu da əlavə edib ki, artıq bu tip qiymətləndirmə aparılıb. Çünki İnvestisiya Holdinqinin yaradılması göstərir ki, artıq bu istiqamətdə dəyərləndirmə mövcuddur:

“Bu holdinqin də məqsədi dövlət müəssisələrində sağlamlaşdırma aparmaqdır. Bu baxımdan ilkin olaraq kommunal xidmət qurumlarının idarəetməyə verilməsini məqsədəuyğun hesab edirik. Düşünürəm ki, holdinq tərəfindən sağlamlaşdırma ilə bağlı dəyərləndirmə aparıldıqdan sonra müxtəlif yollar və üsullar müəyyənləşdiriləcək. Amma bütün hallarda Mərkəzi Şərqi Avropa ölkələrinin təcrübəsini tətbiq etmək məqsədəuyğun hesab olunur”.

Vilayət Muxtar
Cebhe.info


Oxunma sayı: 4368