hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Büdcəyə yüklənən 5 qurum: Ödədiklərindən çox dəstək alan dövlət şirkətlərinin aqibəti necə olacaq?

 Büdcəyə yüklənən 5 qurum: Ödədiklərindən çox dəstək alan dövlət şirkətlərinin aqibəti necə olacaq?

Hesablama Palatasının rəyinə görə, 2020-ci ildə 5 iri dövlət şirkəti (Azərsu, Azərenerji, Azəriqaz, Azal, Dəmir Yolu) dövlət büdcəsinə ödədiklərindən 19 dəfə çox dövlət büdcəsindən dəstək alıb.

Belə ki, təxminən 81 mln. manat vergi ödəmələrinə qarşı 1.5 mlrd. manatdan bir qədər çox büdcə dəstəyi təşkil edib.

Dövlət büdcəsindən böyük məbləğdə dəstək göstərilməsi adıçəkilən şirkətlərin səmərəsizliyinin göstəricisidirmi və onların büdcəyə yük olmaqdan xilas etmək üçün hansı yollar var?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, dövlət şirkətlərinin qeyri-effektiv fəaliyyət göstərməsi Prezident səviyyəsində belə dəfələrlə tənqid olunub:

“Azərbaycanda dövlət şirkətləri dövlət büdcəsindən dotasiya almaqla yanaşı, həm də qeyri-effektiv idarə olunurlar. Xərclər şişirdilir, nəticə etibarilə də korrupsiya ehtimalları yaranır. Dövlətin büdcəsinə kömək olmaqdansa, əlavə yükə çevrilir. Bu məsələ bir daha ölkədə dövlət şirkətlərinin yaxın gələcəkdə özəlləşdirilməsi və yaxud uzunmüddətli icarəyə verilməsi təklifini bir daha aktuallaşdırır.

İllərdir ki, biz bununla bağlı təkliflərlə çıxış edirdik. Təəssüf ki, Azərbaycan hökuməti 2000-ci illərin ortalarından bu təklifləri eşitmirdi. Nəticə etibarilə də dövlət şirkətləri hazırda qeyri-effektiv idarə olunan qurumlara çevrilib. Ötən ilin avqust ayında ölkədə İnvestisiya Holdinqi yaradıldı və bütün dövlət şirkətləri bu Holdinqin idarəçiliyinə verildi. Holdinqin əsas məqsədlərindən biri effektiv idarəetmənin tətbiq edilməsi və dövlət büdcəsinə olan yükün azaldılmasıdır. Artıq bir neçə aydan sonra İnvestisiya Holdinqinin yaradılmasının bir ili tamam olacaq, ancaq ciddi təkiliflərini görməmişik”.

Ekspert bildirib ki, u günə qədər Müşahidə Şurasının yaradılmasından, texniki məsələlərdən başqa idarəetmənin forması, fəlsəfəsi, hesabatlılığın şəffaflığı ilə bağlı ciddi bir addım atılmayıb:

Bu gün illərlə yığılıb qalmış problemlər yenə də davam edir. Dünyada dövlət şirkətləri var və bu praktikadan istifadə edilir, ancaq orada əsas “yarat və dövr et” prinsipidir. Dövlət şirkətləri qurulur, sonradan nəzarət səhmlərini öz əllərində saxlamaqla digər səhmləri özəlləşməyə açırlar. Təəssüf ki, Azərbaycanda bu praktikadan istifadə olunmur. Nəticədə bu gün Azərbaycanda dövlət şirkətləri kifayət qədər problemlər yaradır və dövlət büdcəsi üçün əlavə yük olur. Effektivliyinin aşağı olması korrupsiya ehtimallarını da yüksəldir. Ona görə də İnvestisiya Holdinqi də sözdən əmələ keçməli, dövlət şirkətlərini büdcəyə yük olmaqdan xilas etmək üçün normal bir plan ortaya qoymalıdır”.

Nigar
Cebhe.info


Oxunma sayı: 1629