hava haqqindaBakı
Bu gün +27 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0237
  • EURO - 2.0722
  • NEFT - 77.72
  • clouds-weather

Buna 26 oyunçu nail olub - SİYAHI

Buna 26 oyunçu nail olub - SİYAHI

Milli komandada ən azı 100 oyun keçirən və AVRO-2020-də iştirak edəcək futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, buna 26 oyunçu nail olub.

Bu futbolçuların hər biri qarşıdakı turnirdə oyun sayını artıra bilər. Onların hərəsi maksimum 7 matça çıxa bilər. Belə şans yalnız finalçılarda olacaq.

Siyahıya Kriştiano Ronaldo başçılıq edir. Belçikanın daha çox – 4 üzvü burada yer alıb. Almaniya və Portuqaliyanın hərəsində üç belə futbolçu var. Fransa, Danimarka, İtaliya, Slovakiya və Xorvatiyanın iki oyunçusu “100”ü keçib. İspaniya, İsveç, Uels, Rusiya, Şimali Makedoniya və Polşanın bir üzvü belə zəngin təcrübəsi ilə öyünə bilər.

Millidə 100 və daha çox oyun keçirənlər AVRO-2020-də

Kriştiano Ronaldo (Portuqaliya) – 174
Luka Modriç (Xorvatiya) - 138
Joao Moutinyo (Portuqaliya) - 130
Sebastyan Larsson (İsveç) - 129
Yan Vertongen (Belçika) - 127
Marek Hamşik (Slovakiya) - 126
Uqo Loris (Fransa) - 125
Serxio Buskets (İspaniya) - 123
Qoran Pandev (Şimali Makedoniya) - 119
Robert Levandovski (Polşa) - 119
Pepe (Portuqaliya) - 114
Aksel Vitsel (Belçika) - 110
Tobi Alderveyreld (Belçika) - 109
Kristian Eriksen (Danimarka) - 108
Olivye Jiru (Fransa) - 108
Simon Kyer (Danimarka) - 107
Corcio Kyellini (İtaliya) – 107
Eden Azar (Belçika) - 107
Juri Jirkov (Rusiya) - 104
Leonardo Bonuççi (İtaliya) - 102
Toni Kroos (Almaniya) - 102
Tomas Müller (Almaniya) - 102
Kris Qanter (Uels) - 101
Peter Pekarik (Slovakiya) - 101
İvan Perişiç (Xorvatiya) - 101
Manuel Noyer (Almaniya) - 100

Cebhe.info


Oxunma sayı: 441