hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0271
  • EURO - 1.9142
  • NEFT - 65.79
  • clouds-weather

Büdcənin dörddə biri borclara gedəcək

Büdcənin dörddə biri borclara gedəcək

“Ukrayna büdcəsinin dörddə biri borcların ödənilməsinə sərf olunacaq”. Cebhe.info xəbər verir ki, bu barədə baş nazir Vladimir Qroysman bildirib. O, birbaşa efirdəki çıxışında büdcənin xərclərindən danışıb: "Büdcədə 1,3 trillion qriven var. Bu məbləğin 417 milyardı borclara ödənilməlidir".

Baş nazir qeyd edib ki, ötən il hökumət borcların ödənilməsi ilə bağlı problemlə üzləşməyib. Qrosysman hesab edir ki, hökumət ölkəyə əlavə investisiya cəlb etməyi bacararsa, sənaye inkişaf etdirilər və borclar büdcədə ağır yükə çevrilməz: "Bütün bunlar Ukrayna vətəndaşlarının maraqları ilə birbaşa bağlıdır. Biz hər il daha da güclü, müstəqil, iqtisadi cəhətdən təminatlı olmalıyıq".

Xəzər

Cebhe.info


Oxunma sayı: 300