hava haqqindaBakı
Bu gün +20 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0267
  • EURO - 1.8961
  • NEFT - 59.01
  • clouds-weather

Buzovnada zəncirvari yol qəzası: Yaralılar var

Buzovnada zəncirvari yol qəzası: Yaralılar var

Bakıda zəncirvari yol qəzası baş verib.

Xəzər rayonu, Buzovna qəsəbəsi, "Albalılıq" yaşayış massivində, boya fabrikinin yanında qeydə alınıb. 

Qəza nəticəsində 4 nəfər yaralanıb. Onlardan 56 yaşlı Təranə Kərimovaya hadisə yerində yardım göstərilib. 33 yaşlı Yeganə Kərimova başın açıq yarası, 35 yaşlı Surxay Məmişov sol biləyin əzilməsi, 57 yaşlı Münasib Məmmədov döş qəfəsinin və qarnın küt travması ilə Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

Hazırda müalicələri davam edir.

Faktla bağlı araşdırma aparılır. 

Cebhe.info


Oxunma sayı: 1013