hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

CAREC proqramına üzv ölkələrin iclası keçirilib

CAREC proqramına üzv ölkələrin iclası keçirilib

Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramına üzv ölkələrin iclasında təmsil olunub.

Cebhe.info-nun xəbərinə görə, bu barədə Maliyyə Nazirliyinin maliyyə katibi Mais Piriyev məlumat verib.

Bu gün videokonfrans formatında öz işinə başlayan Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 53-cü İllik Toplantısısı çərçivəsində Azərbaycanın da daxil olduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) “COVID-19 pandemiyası şəraitində: Çıxarılan nəticələr və inkişaf yolu” mövzusunda iclası keçirilib.

CAREC proqramına üzv ölkələrdən yüksək vəzifəli dövlət və hökumət rəsmilərinin qatıldığı iclasda Azərbaycan Respublikasının maliyyə naziri, AİB-in Rəhbərlər Şurasının üzvü Samir Şərifov və iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf də iştirak edib.

İclasda COVID-19 pandemiyasının yaratdığı qeyri-müəyyənliyin qlobal və regional ticarətə mənfi təsirlər göstərdiyi bir vaxtda regional əməkdaşlığın təşviq edilməsi, üzv ölkələr arasında ticarət dövriyəsinin artırılması, sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, postpandemiya dövründə inkişafın dəstəklənməsinə dair fikir mübadiləsi aparılıb.

Asiya İnkişaf Bankı tərəfindən 2001-ci ildə təsis edilmiş Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı özündə 11 ölkəni (Azərbaycan, Əfqanıstan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan), 6 çoxtərəfli maliyyə institutunu (Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Banki, Beynəlxalq Valyuta Fondu, BMT-nin İnkişaf Proqramı və Dünya Bankı) tərəfdaşlıq çərçivəsində özündə birləşdirir və proqramın əsas məqsədi əməkdaşlıq vasitəsilə sürətli iqtisadi inkişafın və yoxsulluğun azaldılmasına nail olmaqdır.

Xatirə
Cebhe.info


Oxunma sayı: 694