hava haqqindaBakı
Bu gün +28 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0233
  • EURO - 2.0195
  • NEFT - 45.24
  • clouds-weather

CAS “Trabzonspor”un şikayətini əsassız sayıb

CAS “Trabzonspor”un şikayətini əsassız sayıb

İdman Arbitraj Məhkəməsi (CAS) Türkiyənin “Trabzonspor” klubunun avrokuboklardan kənarlaşdırılmaqla bağlı şikayətinə baxıb.

Apasport.az saytının məlumatına görə, CAS Super Liqa təmsilçisinin etirazını əsassız sayaraq, UEFA-nın 1 illik cəza barədə qərarını qüvvədə saxlayıb.

Məhkəmənin açıqlamasında bildirilir ki, “Trabzonspor”un maliyyə feyr-pleyi qaydalarına əməl etməməyi təsdiqlənib: “Tərəflərin yazılı əsasları və dəlillərini nəzərdən keçirdikdə, “Trabzonspor”un 2019-cu il üçün maliyyə öhdəlikləri yerinə yetirmədiyi aşkarlanıb. Buna görə də klubun etirazı rədd edilib”.

UEFA-nın qərarı qüvvədə qaldığı üçün 2020/21 mövsümündə Çempionlar Liqasında Super Liqanın gümüş mükafatçısı olan Trabzon təmsilçisi deyil, gözlənildiyi kimi bürünc qazanan “Beşiktaş” oynayacaq.

Lakin “Trabzonspor” cəzasını qəbul etmək niyyətində deyil. Türkiyə klubu CAS-ın ardından İsveçrə Federal Məhkəməsinə şikayət etməyə qərar verib.

Qeyd edək ki, Türkiyəni Çempionlar Liqasında “Başakşəhər” və “Beşiktaş”, Avropa Liqasında “Sivasspor”, “Alanyaspor” və “Qalatasaray” təmsil edəcək.

Cebhe.info


Oxunma sayı: 1453