t Cavad Zərifdən Avropaya SƏRT İTTİHAM
hava haqqindaBakı
Bu gün +10 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0273
  • EURO - 1.8748
  • NEFT - 59.30
  • clouds-weather

Cavad Zərifdən Avropaya SƏRT İTTİHAM

Cavad Zərifdən Avropaya SƏRT İTTİHAM

İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa ölkələrini ABŞ-ın təhdidlərinə boyun əyərək nüvə sazişini pozmaqda günahlandırıb.

Cebhe.info xəbər verir ki, Cavad Zərif bununla bağlı “Twitter” səhifəsində paylaşım edib.

Nazir İngiltərə, Almaniya və Fransanın “Mübahisələrin Həlli Mexanizmi”nin işə salınmasından bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Avropanı təhdid etdiyini xatırladıb.

"İngiltərə, Almaniya və Fransa Trampın göstərişlərindən yayınmaq üçün nüvə sazişinin geri qalan hissəsini də satdı. Məktəbdəki hədə-qorxu gələn dostlarınızı xatırlayırsız? Heç olmasa yüksək əxlaq və hüquq zəminindən söz açmayın. Çünki ona sahib deyilsiniz".

Səyad Həsənli
Cebhe.info


Oxunma sayı: 826