hava haqqindaBakı
Bu gün +4 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0231
  • EURO - 2.0516
  • NEFT - 54.77
  • clouds-weather

Çavuşoğludan Laçın təbriki: Bəyanatın icrası vacibdir

Çavuşoğludan Laçın təbriki: Bəyanatın icrası vacibdir

Bu gün Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasının Xarici İşlər naziri Mevlüt Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Cebhe.info xəbər verir ki, nazirlər 10 noyabr tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı fikir mübadiləsi aparıblar. Nazir Mevlüt Çavuşoğlu bəyanata uyğun olaraq, Ağdam və Kəlbəcər rayonlarının ardınca Laçın rayonunun azad olunması münasibətilə təbriklərini bildirib. Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün imzalanmış bəyanatın yerinə yetirilməsinin vacib olduğunu qeyd edib.

Nazirlər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri müzakirə ediblər.

Cebhe.info


Oxunma sayı: 1970

Bizim Telegram səhifəmizi izləyin